8 avqust: Tarixin ən yaddaqalan günü - Vaşinqton sülhü, Niksonun istefası və daha nələr…

8 avqust: Tarixin ən yaddaqalan günü - Vaşinqton sülhü, Niksonun istefası və daha nələr…

8 avqust dünya və Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qalıb.

8 avqust tarixində baş vermiş əsas hadisələri təqdim edir:
1570 – Sen-Jermen müqaviləsi ilə Fransada Üçüncü Din müharibəsi başa çatıb.
1786 – Jak Balma və Mişel Pakar Mon Blan zirvəsini fəth edən ilk şəxslər olublar.
1899 – Albert Marşall soyuducunun patentini alıb.
1903 – Filadelfiyada stadion uçub. Hadisə nəticəsində 12 nəfər həyatını itirib.
1930 – Azərbaycan SSR-də Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər və Ağdaş rayonları yaradılıb.
1945 – SSRİ Yaponiyaya müharibə elan edib.
1956 – Belçikanın Marcinelle şəhərində mədən faciəsi baş verib. Faciə nəticəsində 262 nəfər həlak olub.
1967 – Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – ASEAN təsis edilib.
1974 – ABŞ Prezidenti Riçard Nikson istefa verəcəyini açıqlayıb.
1988 – Birmada (Myanma) “8888 üsyanı” başlayıb.
1990 – İraq Küveyti işğal edib.
1991 – Ermənistan Nüvədi kəndini boşaltmaqla azərbaycanlıların deportasiyasını başa çatdırıb.
2008 – Pekində Yay Olimpiya Oyunları başlayıb.
2010 – Çinin Qansu vilayətində güclü torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 1400-dən çox insan həyatını itirib.
2025 – Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi imzalanıb, sülh müqaviləsinin mətni paraflanıb.
Günel,
BakuPost

Mənbə: www.bakupost.az