Elektrik naqili cins heyvanın tələf olmasına səbəb oldu – VİDEO

Elektrik naqili cins heyvanın tələf olmasına səbəb oldu –

Cəlilabad rayonunun Privolnoye kəndində qırılan elektrik naqili bir baş cins iribuynuzlu heyvanın tələf olması ilə nəticələnib.

Hadisə kənd sakini Bariz Məhərrəmova məxsus heyvanlar örüş sahəsinə aparılarkən baş verib. İddialara görə, küçədə qırılaraq yerə düşmüş elektrik naqili heyvana toxunub və nəticədə heyvan yerindəcə tələf olub.

Təsərrüfat sahibinin sözlərinə görə, tələf olan cins heyvanın dəyəri təxminən 4 min manatdır. Hadisə nəticəsində ona eyni məbləğdə maddi ziyan dəyib.

Bariz Məhərrəmov bildirib ki, həmin elektrik xəttində uzun müddətdir müxtəlif nasazlıqlar mövcuddur və naqillərin qırılaraq yerə düşməsi halları vaxtaşırı təkrarlanır.

Kənd sakinləri də köhnəlmiş elektrik xətlərinin və dayaqların həm insanlar, həm də heyvanlar üçün ciddi təhlükə yaratdığını deyirlər. Onlar aidiyyəti qurumlardan mövcud elektrik şəbəkəsinin yenilənməsini və problemin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.

Sakinlərin fikrincə, vaxtında tədbir görülməzsə, gələcəkdə daha ağır nəticələrə səbəb ola biləcək hadisələrin baş verməsi istisna deyil.


Mənbə: bizim.media