Gürcüstanda növbəti dəfə genişmiqyaslı işıq böhranı yaşanıb.
“Qafqazinfo” “Aktual.ge”yə istinadən xəbər verir ki, Tbilisi daxil olmaqla bir neçə şəhər və region saat 20:10-dan etibarən qaranlığa qərq olub.
Kəsintinin rəsmi səbəbləri barədə hələlik dəqiq açıqlama verilməsə də, aidiyyəti qurumların yaxın dəqiqələrdə rəsmi bəyanat yayacağı gözlənilir.
Məlumat üçün bildirək ki, bu, son bir ay ərzində Gürcüstanda baş verən üçüncü analoji hadisədir.
Xatırladaq ki, iyulun 24-ü və 25-də baş verən ilk iki kəsinti zamanı Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) qəzanın “İmereti” yüksək gərginlikli ötürücü xəttində yaşandığını bəyan etmişdi. Hadisənin miqyasını nəzərə alan Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) təxribat ehtimalı ilə bağlı cinayət işi açaraq araşdırmalara başlayıb.
Mənbə: qafqazinfo.az