Ağstafaya sel gəldi - Video

Ağstafaya sel gəldi - Video

Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinə sel gəlib.

Yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb.

Belə ki, sel kəndarası yollarda çətinliklər yaradıb. Arxları daşıb. Sel suları sakinlərin həyətyani sahələrinə dolub. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Əraziyə ağır texnikalar cəlb olunub. Arxların təmizlənməsi işləri aparılır.

Yunis Quliyev


Mənbə: qafqazinfo.az