Türkiyənin Diyarbəkir şəhərində şagirdləri daşıyan avtobus ilə minik avtomobili toqquşub.
Reabilitasiya mərkəzinin şagirdlərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 17-si şagird olmaqla, ümumilikdə 19 nəfər xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma başladılıb.
Mənbə: qafqazinfo.az