İspaniyada meşə yanğınları: minlərlə hektar ərazi külə döndü - VİDEO

İspaniyada meşə yanğınları: minlərlə hektar ərazi külə döndü -

İspaniyanın şimal-şərqində yerləşən Saraqosada meşə yanğınları nəticəsində 12 min hektar ərazi külə dönüb.

İspaniya dövlət televiziyası RTVE Saraqosa yaxınlığında baş verən meşə yanğınını ilin ən böyük yanğını adlandırıb.

RTVE yanğın səbəbindən ərazidən 1000-dən çox insanın təxliyə edildiyini bildirib.

Yanğından zərər çəkmiş ərazidəki yolların hələ də bağlı olduğu qeyd olunub.

İspaniyanın Qvadalaxara bölgəsindəki La Mierlada baş verən meşə yanğın nəticəsində isə təxminən 5400 hektar əraziyə ziyan dəyib.

Yüzlərlə yanğınsöndürən ölkənin müxtəlif yerlərində davam edən meşə yanğınları ilə mübarizə aparır.

İspaniya Meteorologiya İnstitutu ölkəyə yeni isti dalğasının təsir edəcəyi və bəzi ərazilərdə temperaturun 45 dərəcəyə çatacağı barədə xəbərdarlıq edib.


Mənbə: bizim.media