Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, dörd nəfər - sürücü Q.Vahidov, sərnişinlər Ə.Əzizov, E.Ömərov və C.Ağayev xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: unikal.az