Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var

Elbrus dağına dırmaşan iki alpinist yıxıldı -

Elbrus dağına dırmaşan iki alpinist yüksəklikdən yıxılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə dəstəsi məlumat yayıb.

Hadisənin təxminən 4200-4600 metr yüksəklikdə baş verdiyi bildirilir.

Qəza nəticəsində alpinistlərdən biri həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbə: qafqazinfo.az