Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşüb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd edilib ki, gəmilər boğazın cənubunda minalanmış marşrut üzrə hərəkət edirlərmiş.
Bundan öncə SEPAH Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına zərbələr endirdiyini bəyan etmişdi.
Müəllif: Tural
Mənbə: publika.az