Polis itkin düşən 8 nəfəri tapıb

Polis itkin düşən 8 nəfəri tapıb

İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanları tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

Mənbə: azertag.az