“Mitsubishi” yanacaqdoldurma məntəqəsinə çırpıldı - Xəsarət alanlar var

“Mitsubishi” yanacaqdoldurma məntəqəsinə çırpıldı - Xəsarət alanlar var


Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomagistralının rayon mərkəzindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ”la toqquşan “Mitsubishi” markalı minik avtomobili zərbənin gücündən yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, onun həyat yoldaşı və övladları Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az