Yaponiyada təhlükəli istilər - Xeyli insan xəstəxanaya yerləşdirilib

Yaponiyada təhlükəli istilər -

Son bir həftə ərzində Yaponiyada 4 500-dən çox sakin istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə "373news" nəşri məlumat verib.

Bildirilib ki, iyulun 14-də Koçi prefekturasında temperatur rekordu (+38.4 dərəcə) qeydə alınıb.

Tokionun yaxınlığında yerləşən Qumma prefekturasında isə temperatur Selsi şkalası ilə 37 dərəcəyə yüksəlib.

Tokio sakinlərinə iyulun 16-da gözlənilən isti hava səbəbindən günvurma riski barədə xəbərdarlıq edilib.

Mənbə: oxu.az