Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü

Gəncə şəhərində Gəncəçayın sahilində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, alov Gəncəçay üzərindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, saat 10 radələrində çayın sahilindəki kolluq ərazidə qəfil yanğın başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları cəlb olunub.


Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb və yanğının çay sahilində yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Mənbə: bizim.media