Türkiyənin Muğla bölgəsinin Milas rayonunda güclü meşə yanğınları baş verib.
Bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Dünən axşamdan başlayan yanğını söndürmək üçün təyyarə və helikopterlərdən də istifadə olunur.
Muğla valisi İdris Akbıyık yanğın səbəbindən ərazidən 1 120 nəfərin təxliyə edildiyini açıqlayıb.
Vali bildirib ki, yanğının başvermə səbəbi hələlik bəlli deyil.
Mənbə: oxu.az