Bu barədə aviaşirkət məlumat yayıb.
Aviaşirkətin məlumatına görə, 12 iyul, yerli vaxtla saat 7:10-da Astanadan Dubaya təşkil olunan KC205 reysi geri, hava limanına yönləndirilib. Bundan əlavə, saat 8:50-də Almatıdan Dubaya uçması planlaşdırılan KC897 reysi ləğv edilib.
"Air Astana" onu da bəyan edib ki, cədvəldəki əlavə dəyişikliklər barədə məlumat da dərc olunacaq.
Xatırladaq ki, 12 iyulda BƏƏ Müdafiə Nazirliyi İran raketləri və dronlarının vurulması barədə məlumat yayıb. Raket hücumları həmçinin Qətər və Bəhreynin hava məkanında da qeydə alınıb.
Mənbə: olke.az