Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

Report-a istinadla xəbər verilir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: unikal.az