Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb.

Hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub.

Hadisə zamanı avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Xəsarət alan olmayıb.

Mübariz Muradov

Mənbə: qafqazinfo.az