Filippində məktəbə silahlı hücum: Ölənlər və yaralılar var - VİDEO

Filippində məktəbə silahlı hücum: Ölənlər və yaralılar var - VİDEO
Filippində orta məktəblərin birində yeniyetmələrin törətdikləri silahlı hücum nəticəsində azı üç nəfər həyatını itirib, daha beş nəfər isə xəsarət alıb.
Bu barədə "Inquirer" portalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, qanlı insident Leyte əyalətinin Takloban şəhərində yerləşən təhsil müəssisəsində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yetkinlik yaşına çatmayan şübhəlilərdən birini saxlayıblar. İkinci şübhəli isə hələ də azadlıqdadır, polis onun tutulması üçün axtarışlar aparır.

Bütün zərərçəkənlər təcili olaraq tibb müəssisələrinə çatdırılıb, ölənlərin şəxsiyyəti hələlik açıqlanmır. Hazırda polis cinayətin başvermə səbəblərini və xüsusilə də hadisənin motivlərini araşdırır.

Mənbə: oxu.az