Növbəti iki gün ərzində Belarusda qırmızı həyəcan səviyyəsi elan edilib.
Bu barədə "BELTA" agentliyinə Təbiəti Mühafizə Nazirliyinin Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorinqi üzrə Respublika Mərkəzindən məlumat verilib.
İyunun 28-də Belarusda əsasən yağmursuz hava şəraiti gözlənilir, yalnız gecə saatlarında şərq rayonlarında qısamüddətli yağış və ildırım çaxması mümkündür. Külək şimal, şimal-qərb istiqamətində 3-8 m/s sürətlə əsəcək. Havanın temperaturu gecə +14...+20, gündüz isə şimal-şərqdə +28, qərbdə isə +38 dərəcə olacaq.
İyunun 29-u gündüz saatlarında ölkə ərazisinin böyük hissəsində havanın maksimal temperaturu +35...+39 dərəcəyə, bəzi yerlərdə isə +30...+34 dərəcəyə çatacaq.
Hüseyn İbadlı
Mənbə: publika.az