Məcnun Məmmədov bugünkü sərgilərdə iştirak etmədi - Nazirə nə olub?

Məcnun Məmmədov bugünkü sərgilərdə iştirak etmədi - Nazirə nə olub?

Bu gün Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.

Hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.

Yeni Sabahın əldə etdiyi məlumata görə, bu tipli sərgilər zamanı yüksək vəzifəli şəxslər COVID-19-la bağlı yoxlanışdan keçməli olurlar. Nazirin COVID-19 testinin nəticəsinin isə pozitiv çıxdığı ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, nazir bu səbəbdən sözügedən sərgilərdə iştirak edə bilməyib.

Mənbə: yenisabah.az