Türkiyədə dalğıclar dəniz dibində Xıdır peyğəmbərə ünvanlanan məktublar aşkarladılar

Türkiyədə dalğıclar dəniz dibində Xıdır peyğəmbərə ünvanlanan məktublar aşkarladılar

Türkiyənin Akdeniz Universitetinin nəzdində fəaliyyət göstərən Sualtı İdman Cəmiyyətinin dalğıcları dənizin dibindən "Hıdırellez diləkləri"nə aid məktublar və müxtəlif sikkələr aşkar ediblər.

Məlumatı Türkiyənin DHA agentliyi yayıb.

Bildirilib ki, "Hıdırellez diləkləri" adlı bu məktublarla insanlar qədim inanclara əsaslanaraq öz arzularını kağıza yazıb suya atıblar. Dalğıcların sözlərinə görə, məktublarda insanlar əsasən məişət problemlərinin həllində Xıdır peyğəmbərin vasitəçi olmasını arzulayıblar.

Məlumat üçün qeyd edək ki, may ayının ilk həftələrində Türkiyədə baharın müjdəçisi olan Hıdırellez (Xıdır günü) qeyd olunur. Türkdilli ölkələrin çoxunda bayram kimi qeyd edilən Hıdırellez günü qışın başa çatmasını və baharın gəlişini simvolizə edir.

Mənbə: oxu.az