Bu il neçə cütlük nikah öncəsi müayinədən keçib? - Rəsmi AÇIQLAMA

Bu il neçə cütlük nikah öncəsi müayinədən keçib? -

2026-cı il ərzində nikah öncəsi tibbi müayinədən keçənlərin sayı açıqlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar–avqust ayları ərzində nikah öncəsi tibbi müayinələr çərçivəsində 63 772 nəfər müayinə olunub. Müayinə olunanlardan 2 162 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Onlardan 18 cütlüyün hər iki üzvünün talassemiya daşıyıcısı olduğu müəyyən edilib.

Qeyd edilib ki, nikah öncəsi tibbi müayinələrin əsas məqsədlərindən biri irsi qan xəstəlikləri, o cümlədən talassemiya üzrə daşıyıcılığın erkən aşkarlanması və cütlüklərin bu barədə məlumatlandırılmasıdır.


Daşıyıcılığın vaxtında müəyyən edilməsi ailələrə gələcək övladlarının sağlamlığı ilə bağlı tibbi-genetik məsləhət almaq və şüurlu qərar vermək imkanı yaradır.

Bu müayinələr talassemiyanın profilaktikasına, xəstəliyin ağır formalarının qarşısının alınmasına və əhalinin sağlamlığının qorunmasına xidmət edən mühüm tədbirlərdən biridir.

Mənbə: bizim.media