“O nəticələri görəndə şoka düşmüşdüm” - Məleykə Abbaszadə

“O nəticələri görəndə şoka düşmüşdüm” -

“İbtidai siniflərdə formalaşan zəifliyin nəticələrini IX sinif buraxılış imtahanında görürük”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, IX siniflərin buraxılış imtahanında yazıb-oxumağı bilməyən şagirdlərə rast gəlinir.

“2021-ci ildə ilk dəfə IX siniflər üçün buraxılış imtahanı tətbiq edəndə mən o nəticələri görəndə şoka düşmüşdüm. Mən onda kənd məktəblərinə gedib imtahanları müşahidə edirdim. IX sinifdə sağlam uşaq yazmağı, oxumağı bilmirdi. İndi də belə nəticələr müşahidə olunur”, – deyə Məleykə Abbaszadə bildirib.

Mənbə: bizim.media