Zəngəzur dəhlizinə nəzarət Amerika şirkətinə verilə bilər - Ermənistan XİN-dən açıqlama

Zəngəzur dəhlizinə nəzarət Amerika şirkətinə verilə bilər - Ermənistan XİN-dən açıqlama

Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan açıqlayıb.

Baxılan variantlar infrastrukturdan təhlükəsiz istifadəni və nəzarət edilən dəhlizə beynəlxalq etimadı təmin etmək üçün dəhlizin idarəetmə mexanizmlərinə aiddir.

Səfəryan hansı Amerika şirkətinin iştirak etdiyini və müzakirələrin hansı mərhələdə olduğunu açıqlamayıb.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az