Lavrovla Rubio görüşdü - Video

Lavrovla Rubio görüşdü - Video

ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirilib.

Danışıqlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammiti çərçivəsində baş tutub.

Görüş 50 dəqiqə davam edib.

Tərəflər arasında danışıqların mövzusu açıqlanmayıb, lakin onların Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə hazırlıq məsələlərini müzakirə edə biləcəyi ehtimal olunur.


Mənbə: qafqazinfo.az