Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı diplomatik vasitələrin tükəndiyini bəyan etməsi ölkənin müharibə yolunu seçdiyini göstərir.
Bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.
“Deməli, AB-nin açar dövləti müharibə yolunu qəti şəkildə seçir. Çünki diplomatiyanın “tükəndiyi” elan olunursa, bu, müharibəyə birbaşa hazırlıqdır. “Ya dediyimizi edin, ya da sonuncuya qədər vuruşacağıq”, - deməsi diplomatiya deyil. Eynilə, Ukraynanı yenidən silahla təmin etmək üçün imzalanacaq müvəqqəti atəşkəs də diplomatiya deyil”, - K.Kosaçev qeyd edib.
Mənbə: axar.az