İlham Əliyevlə Paşinyanın görüşü bitdi - VİDEO+FOTOLAR - YENİLƏNİB

İlham Əliyevlə Paşinyanın görüşü bitdi -

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.

Sonra görüş təkbətək formatda davam edib

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

Görüş fasilədən sonra davam edəcək.

***

11:11

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü təkbətək formatda davam edir.

Heyətlərin iştirakı ilə görüş başa çatıb.

***

09:07

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mənbə: unikal.az