Yeni nazirin xanımının başına İŞ GƏLDİ - “Ona xəbərdarlıq etdim ki...”

Yeni nazirin xanımının başına İŞ GƏLDİ - “Ona xəbərdarlıq etdim ki...”

Rusiyanın yeni nəqliyyat naziri Andrey Nikitin bildirib ki, həyat yoldaşı Maya Rusiya hava limanlarında müşahidə olunan çökmə ilə üzləşib.

Bu barədə o, kp.ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xanımı iyulun 6-da Rusiya Federasiyasının regionlarından birinə ezamiyyətə gedib. Nikitin bildirib ki, Maya ekonom klassda uçub və uçuşlar gecikən aeroportlarda yaranan problemləri tam yaşayıb. Yeni nəqliyyat nazirinin həyat yoldaşı bir neçə saat gözləmə zalında oturmalı olub.

"Təyyarə gecikdi. Mən ona xəbərdarlıq etdim ki, böyük ehtimalla belə olacaq. Səbirsizliklə həyat yoldaşımın qayıtmasını gözləyirəm", - Nikitin deyib.

İyulun 8-də Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitinin Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Putin Nikitini Nəqliyyat Nazirliyinin rəhbəri postuna ən yaxşı namizəd hesab edir. Prezidentin sözlərinə görə, məmur nazirliyin qarşısında qoyulan vəzifələrə ən yaxşı cavab verən təcrübəyə malikdir.

Hüseyn İbadlı

Mənbə: publika.az