Makronun xanımı onu yenə pis vəziyyətdə qoydu - VİDEO

Makronun xanımı onu yenə pis vəziyyətdə qoydu -

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron yenidən qalmaqalla gündəmə gəliblər.

Bu dəfə onlar Böyük Britaniyada səfərdə olarkən Şahzadə Uilyam və Şahzadə Keyt Middleton ilə görüşdən əvvəl mübahisə ediblər.

Belə ki, Makron hava limanında təyyarənin pilləkənləri ilə enərkən əlini həyat yoldaşına uzatsa da, o buna məhəl qoymayıb və tutacaqlardan istifadə edib.

Fransa lideri isə başını aşağı salaraq cütlüyə doğru addımlayaraq onlarla görüşüb.

Qeyd edək ki, may ayında Emmanuel Makron və Bricit Makronun Vyetnama səfəri zamanı onların arasında gərginlik baş vermişdi. Həmin vaxt B. Makron təyyarədən enərkən E. Makronun üzünə şillə vurmuşdu.

Mənbə: qafqazinfo.az