Mübaliğəsiz olaraq bütün Rusiya cəbhəni (Ukraynada əməliyyatları – red.) dəstəkləyir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
"Hər şey Qələbə üçün!" hər birimizə aydın olan, Böyük Vətən Müharibəsinin ilk günlərində səslənən tarixi çağırışdır. O, həm də zəmanəmizin simvoluna çevrilib: azadlıq və ədalət, doğma sərhədlərimizin təhlükəsizliyi, Rusiya xalqının müstəqil olaraq öz inkişaf yolunu müəyyən etmək hüququ uğrunda mübarizə...”, - Putin “Hər şey Qələbə üçün!” forumunda deyib.
Mənbə: axar.az