Məşhur serialın aktrisası xəstəxanalıq oldu - Arıqlama iynəsi vurdurubmuş

Məşhur serialın aktrisası xəstəxanalıq oldu - Arıqlama iynəsi vurdurubmuş

"Girls" serialının aktrisası Cenni Mollen xəstəxanaya yerləşdirilib

Bu barədə aktrisa özünün sosial media hesablarında məlumat paylaşıb.

46 yaşlı Mollen xəstəxana çarpayısından solğun və yorğun göründüyü fotosunu paylaşıb.

Mollenin sözlərinə görə, xəstəxanaya yerləşdirməsinə səbəbi 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunan tirzepatiddir. Bu iynədən arıqlamaq və iştahı azaltmaq üçün də istifadə edilir.

Qeyd edək ki, C.Mollen evlidir, onun iki övladı var.

Ləman

Mənbə: publika.az