AK Ukraynaya 2,3 milyard avro ayıracaq

AK Ukraynaya 2,3 milyard avro ayıracaq

Ukrayna “Ukraine Facility” proqramı çərçivəsində Avropa Komissiyasından 2,3 milyard avro alacaq.

Bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

"Romada Ukrayna Mexanizmi investisiya aləti çərçivəsində 2,3 milyard avroluq yeni sazişlər imzalanıb. Bu məbləğə daxildir: 1,8 milyard avro - kredit zəmanətləri; 580 milyon avro - qrant və qarışıq maliyyələşdirmə", - deyə bildirilib.

Qeyd olunur ki, saziş çərçivəsində Kiyev öz iqtisadiyyatına 10 milyard avroya qədər əlavə investisiyalar da gözləyir.

Mənbə: axar.az