Cəlilabad xəstəxanasının işçilərinin maaşı verilmir?

Cəlilabad xəstəxanasının işçilərinin maaşı verilmir?

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) əməkdaşları maaşlarının verilməməsindən şikayətçidirlər.

Onlar bu barədə sosial şəbəkədə məlumat yayıblar.

İşçilər qeyd ediblər ki, hələ də ötən ayın əməkhaqqı ödənilməyib. Bildirilib ki, bu, indiyədək müşahidə olunmayan haldır.

Onların sözlərinə görə, maaşların gecikməsi xəstəxananın sabiq direktorunun vəzifədən uzaqlaşdırılmasından sonra aparılan maliyyə yoxlamaları ilə əlaqələndirilir.


Mənbə: unikal.az