Gecə vaxtı evinin yaxınlığında quyuya düşdü

Gecə vaxtı evinin yaxınlığında quyuya düşdü

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

İyulun 6-sı saat 22 radələrində 1956-cı il təvəllüdlü Rza Əhəd oğlu Nəcəfov yaşadığı Fatmayı qəsəbəsindəki evin yaxınlığında boş quyuya düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan 69 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Mənbə: qafqazinfo.az