Bu ölkədə atışma zamanı yeniyetmələr həlak oldu

Bu ölkədə atışma zamanı yeniyetmələr həlak oldu

İndianapolis şəhərində (İndiana, ABŞ ) atışma baş verib.

Bu barədə "NBC News" polisə istinadla məlumat yayıb.

Bildirilib ki, atışma zamanı iki yeniyetmə ölüb, beş nəfər yaralanıb.

"Atışma zamanı azı 7 nəfər yaralanıb, onlardan ikisi ölüb", - nəşr qeyd edib.

Hüseyn İbadlı

Mənbə: publika.az