Zaqatalada ağır qəza, ölən var

Zaqatalada ağır qəza, ölən var

Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.

Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov

Mənbə: qafqazinfo.az