Xərçəngə qalib gələn əfsanə bu addımı atdı: Şəhərin mərkəzində… – VİDEO

Xərçəngə qalib gələn əfsanə bu addımı atdı: Şəhərin mərkəzində… – VİDEO

“Nyukasl”ın keçmiş yarımmüdafiəçisi və azarkeşlərin sevimlisi Yonas Qutyerres qeyri-adi eyniadlı şəhərin sakinlərini təəccübləndirib.

Argentinalı sabiq futbolçu Nyukaslın mərkəzində, Qreys abidəsinin yaxınlığındakı küçədə mahnı oxuyub. O, bu emosional hərəkəti lentə alıb və “İnstaqram”da yerləşdirərək, təsirli başlıq əlavə edib:

“Mənim şəhərim, mənim evim. Mən Geordiyəm. Mən bu şəhəri sevirəm, bu insanları sevirəm. Hər şey üçün təşəkkür edirəm, Nyukasl. Abidənin yanında gitara çalmaq gerçəkləşən bir xəyaldır”.

Xatırladaq ki, 41 yaşlı Qutyerres 7 mövsüm (2008-2015) “sasasağanlar”ın heyətində çıxış edib. O 205 oyun keçirib və 12 qol vurub. “Nyukasl” üçün son qolu əfsanəvi olub. Çünki 2015-ci ildə “Vest Hem”lə matçda fərqlənərək komandanı aşağı liqaya düşməkdən xilas edib.

2012-ci ildə Qutyerresə testis xərçəngi diaqnozu qoyulub. Mürəkkəb müalicədən, o cümlədən əməliyyatdan sonra o, meydanlara qayıda bilib.

Mənbə: publika.az