Çin Ukraynada müharibə istəyir – 3 səbəb

Çin Ukraynada müharibə istəyir – 3 səbəb

Çinin xarici işlər naziri Van Yinin AB-nin baş diplomatı Kaya Kallas ilə söhbətində "Pekin Rusiyanın Ukraynaya qarşı müharibədə uduzmasına imkan verə bilməz" cümləsini işlətdiyi bildirilir. Bu xəbər çətin ki, kimisə təəccübləndirsin, amma Ukraynada müharibənin davam etməsinin Çin üçün niyə bu qədər vacib olduğunu ətraflı anlamağa çalışan az adam var. Rusiya-Ukrayna müharibəsinə yaxından diqqət yetirən Avstraliya ordusunun istefada olan generalı və hərbi analitik Mik Rayan Pekinin Ukrayna əzablarından faydalanmasının ən azı üç əsas səbəbini sadalayıb.

Bu barədə "Substack" platforması məlumat yayıb.

"Çində müharibənin tərəfi olmadıqlarını və sülh danışıqlarına can atdıqlarını iddia etmələrinə baxmayaraq, Van Yi Çinin əslində müharibəyə baxdığı strateji prizmanı təsdiqləyib.

Onların hesablaması belədir: Ukraynada müharibənin davam etdirilməsi Çin üçün sərfəlidir.

Birinci səbəb Çinin strateji maraqlarıdır: Ukraynadakı müharibə ABŞ rəhbərliyinin diqqətinin əhəmiyyətli bir hissəsini özünə cəlb edir.

İkinci səbəb iqtisadi səmərədir: Putinin Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Çinin Rusiya ilə ticarəti xeyli artıb.

Üçüncü səbəb ideoloji üstünlükdür: Pekinin nöqteyi-nəzərindən Rusiyanın Ukraynadakı müharibəsi Çin, Rusiya və İran kimi ölkələrin Qərbin hökmranlığına qarşı apardığı daha geniş qarşıdurmanın bir hissəsidir",- Rayan bildirib.

Mənbə: axar.az