İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.
Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.
Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.
***
Türkiyə Milli Müdafiə Nazirliyi metan qazından zəhərlənən daha 4 əsgərin şəhid olduğunu açıqlayıb.
Beləliklə, Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 12-yə çatıb.
Mənbə: qafqazinfo.az