Milyarder İlon Mask "The America Party" siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ABŞ Federal Seçki Komissiyasına (FEC) ərizə ilə müraciət edib.
Sənəd agentliyin portalında dərc olunub.
Saytın məlumatına görə, "The America Party" adlı partiyanın qeydiyyatı üçün ərizə iyulun 6-da göndərilib. Ərizə və sorğuların reyestrində hazırda “işlənməmiş” statusu var.
ABŞ Prezidenti Donald Tramp və Mask siyasətçinin prezidentlik kampaniyası zamanı mehriban münasibətdə olublar, lakin mayın sonunda milyarder dövlət xidmətini tərk etdikdən sonra aralarında fikir ayrılığı yaranıb. Buna səbəb, digər məsələlərlə yanaşı, vətəndaşlar üçün vergi güzəştlərini nəzərdə tutan “böyük və gözəl” qanun layihəsi idi.
İyunun 5-də jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti iş adamını tənqid etdiyinə görə ondan “çox məyus olduğunu” deyib. Mask "X" sosial şəbəkəsində cavab verib ki, siyasətçi onun dəstəyi olmasaydı seçkidə qalib gələ bilməzdi. O, izləyicilərindən Amerikada “əhalinin 80%-nin maraqlarını həqiqətən təmsil edəcək” yeni siyasi partiya yaratmağın vaxtının gəlib çatmaması ilə bağlı səs vermələrini xahiş edib.
Hüseyn İbadlı
Mənbə: publika.az