Zukerberqi Oval kabinetdən qovdular

Zukerberqi Oval kabinetdən qovdular

“Meta” şirkətinin həmtəsisçisi Mark Zukerberq ABŞ Prezidenti Donald Trampın hərbi rəhbərliklə keçirdiyi görüş zamanı Oval kabineti tərk etməyə məcbur qalıb.

Bu barədə “NBC Nyus” kanalı məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Zukerberq gözlənilmədən Oval kabinetə daxil olub. Həmin vaxt orada “Boeing F-47 Stealth” adlı yeni nəsil qırıcı təyyarə modeli müzakirə edilirmiş. Görüş iştirakçıları onun gizli məlumatlara çıxış icazəsi olmadığını əsas gətirərək kabinetdən çıxmasını istəyiblər.

Mənbə: axar.az