“İsrailin hücumları təhdid doğurur” - Ərdoğan

“İsrailin hücumları təhdid doğurur” -

“İsrailin hücumları regionumuzun sabitlik və təhlükəsizliyinə təhdid doğurur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə İsrailin İrana hücumlarının qəbuledilməz olduğunu ilk gündən bəyan edib:

“Bir daha qeyd etmək istəyirəm ki, İsrailin Livan, Suriya və İrana hücumlarının arxa planında Fələstin xalqının diz çökdürülməsi siyasəti yatır”.

Günel İbrahimova

Mənbə: qafqazinfo.az