Bu heyətlə Azərbaycana gəldi - Video - Foto - Yenilənib

Bu heyətlə Azərbaycana gəldi -

Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana ikigünlük səfərə yola düşüb.

Bu barədə “The Pakistan Times” məlumat yayıb.

Bildirilib ki, Baş nazir İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.

Səfər zamanı onu müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, informasiya və yayım naziri Attaullah Tarar və xüsusi köməkçi Tarik Fatemi müşayiət edir.

Ş.Şərif, həmçinin sammitdə iştirak edən dünya liderləri ilə də görüşəcək.

***

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: qafqazinfo.az