Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil -

Ermənistanın Baş naziri Nikol Paşinyan və deməli, Ermənistan xarici təcrid vəziyyətindədir.

Bunu erməni politoloq Stepan Danielyan sosial şəbəkədə yazıb.

Politoloq hesab edir ki, Paşinyan ABŞ, Rusiya və Çinin hazırkı administrasiyası üçün qəbuledilməzdir.

Onun sözlərinə görə, Paşinyan hətta Azərbaycanla münasibətlərini quran AB üçün də ciddi tərəfdaş deyil:

“Təbii müttəfiqi İran Ermənistanın indiki siyasətinə rəğmən, sırf geosiyasi səbəblərə görə münasibətləri saxlamağa məcburdur”.

Mənbə: axar.az