Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb.
Teleqraf-a istinadən xəbər verilir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, müqavilədə 26 ədəd "Rafale Marine" təyyarəsinin alınması nəzərdə tutulub.
Hindistan-Pakistan arasında gərginliyin artdığı bir vaxtda Yeni Dehlinin silahlanmanı sürətləndirməsi bir sıra suallar və narahatlıq doğurur.
Mənbə: axar.az