Türkiyə XİN: Fidan HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməyib

Türkiyə XİN: Fidan HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməyib

Türkiyə tərəfi Fələstinin HƏMAS hərəkatını atəşkəs məsələlərində güzəştə getməyə məcbur etməyib.

Bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Oncu Keçeli jurnalistlərə bildirib.

"İsrail qəzetlərindən birində nazir Hakan Fidan 27 aprel tarixində Dohada HƏMAS nümayəndələri ilə görüşü zamanı HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməsi barədə yer alan iddialar həqiqətə uyğun deyil", - deyə o bildirib.

Əvvəllər məlumat verilmişdi ki, 27 apreldə Fidan Dohada HƏMAS nümayəndələri ilə İsraillə atəşkəs danışıqlarındakı vəziyyəti müzakirə edib. Hərəkat nümayəndələri daimi atəşkəsə can atmağa davam etdiklərini bildiriblər.

Mənbə: report.az