Hindistanla Pakistan arasında döyüşlər başladı – VİDEO+YENİLƏNİB

Hindistanla Pakistan arasında döyüşlər başladı –

Pakistan hərbçiləri Hindistanın Cammu və Kəşmirdəki mövqelərini atəşə tutub.

Bu barədə Hindistan mediası məlumat yayıb.

Atışma Tutmari Qali və Rampur rayonlarında qeydə alınıb, Hindistan ordusu cavab atəşi açıb.

İtkilərlə bağlı məlumat verilmir.

***00:36

Cammu və Kəşmir bölgəsində, Lipa vadisində güclü atışma baş verdiyi barədə məlumatlar yayılıb.

İddialara görə, Pakistan hərbçiləri Hindistan ordusunun açdığı atəşə cavab verib.

Hazırda yayılan görüntülərin və hadisənin detalları rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Buna görə də vəziyyətin inkişafı diqqətlə izlənilir.

Mənbə: globalinfo.az