ABŞ Ukraynaya NATO üzvlüyü üçün icazə verə bilər, lakin...

ABŞ Ukraynaya NATO üzvlüyü üçün icazə verə bilər, lakin...

ABŞ rəsmiləri ukraynalı məmurlara aydın şəkildə bildiriblər ki, növbəti ABŞ administrasiyası Ukraynanın NATO-ya üzvlüyü məsələsində mövqeyini dəyişə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Qəzetin məlumatına görə, Şimali Atlantika Alyansına üzvlük məsələsi London və Parisdə keçirilən danışıqlarda gündəmə gətirilib.

"ABŞ-ın növbəti administrasiyası Ukraynanın NATO-ya daxil olmasına icazə vermək qərarı verə bilər", — Birləşmiş Ştatların nümayəndəsi qeyd edib.

Bununla belə, amerikalı tərəf dəqiqləşdirib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevin alyansa üzvlüyünə qarşı çıxmağa davam edəcək.

Mənbə: axar.az