Xəbər verdiyimiz kimi ABŞ dövlət başçısı Donald Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə yenidən bir araya gəlib.
Ukrayna prezidenti görüşün təfərrüatları ilə bağlı “X” hesabında paylaşım edib.
O, Ağ Evin rəhbəri ilə bir çox məsələləri müzakirə etməyi bacardığını qeyd edib:
"Yaxşı görüş oldu. Biz təkbətək çox şey müzakirə edə bildik. Bütün deyilənlərdən bir nəticə çıxarılacağına ümid edirik.
Bunlar xalqımızın həyatını qorumaq, tam və qeyd-şərtsiz atəşkəs, müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülhdür.
Təşəkkür edirəm, prezident Tramp!”, - Zelenski “X” hesabında yazıb.
Mənbə: bizim.media