"Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində Koreya Xalq Demokratik Respublikasının hərbçilərinin iştirakını qeyd etmək istəyirəm".
Rusiya mətbuatına istinadən xəbər verilir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məruzəsi zamanı deyib.
"Onlar ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda bizə əhəmiyyətli kömək göstəriblər", - deyə V.Gerasimov bildirib.
Mənbə: unikal.az